• 25 May 2022
logo
AMEA: "Elmlər doktorlarının sadəcə 26 nəfəri 60 yaşdan aşağıdır"

AMEA: "Elmlər doktorlarının sadəcə 26 nəfəri 60 yaşdan aşağıdır"

"AMEA-nın kadr potensialının gəncləşdirilməsi istiqamətində işlər aparılmalıdır".
Bunu AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev AMEA-nın Ümumi yığıncağında deyib.
O bildirib ki, bu gün AMEA-nın elmlər doktorlarının sadəcə 26 nəfəri 60 yaşdan aşağıdır:
"Ümumilikdə, AMEA-nın 1828 əməkdaşı var. Onlardan 948-i elmi işçi, 353-ü fəlsəfə doktoru, 165-i elmlər doktorudur. Əmək haqqılarında ciddi fərqlər olduğu üçün 10-20 il institutlarda çalışan əməkdaşlarımız yavaş-yavaş ya təhsil müəssisələrinə, ya da digər sahələrə yönəlir. Onların yerinə isə təəssüf ki, yeni kadrlar gəlmir. Bu sahədə işlər aparılmalıdır".
Rasim Əliquliyev həmçinin buldirib ki, son bir neçə ildir AMEA əməkdaşlarının WoS beynəlxalq elmi bazasına çıxışı bağlanıb.
"Elmi bazalarda elmi əsərlər dərc etdiyimə görə müəlliflərə mükafat verilmir. Əvvəl verilirdi. Həmçinin digər zəruri xərclər, o cümlədən tərcümə, dərc haqqı ödənilmir. Elmi jurnalların dərci üçün təşkilati- texniki və maliyyə dəstəyi göstərilmir".