Bu il Bakıda 6791 şagird bir məktəbdən digərinə köçürülüb
Şagirdlərin elektron yerdəyişməsi nəticəsində bu il Bakıda 6791 şagird bir məktəbdən digərinə köçürülüb.
Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.
Onun sözlərinə görə, 2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəsissələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.
R.Tağıyev bildirib ki, bu il BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medala layiq görülüb.
Bu il 48 mindən çox uşaq birinci sinfə qəbul edilib. 2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 48 763 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 45 637-si ümumi təhsil məktəblərini, 3 126-sı isə lisey və gimnaziyaları seçib.
16 Dekabr 2019 16:36
1 155
Digər xəbərlər
24 Aprel 2025 11:22
1 666
24 Aprel 2025 11:21
1 659
23 Aprel 2025 13:04
2 086
23 Aprel 2025 09:49
2 212
23 Aprel 2025 09:48
2 170
22 Aprel 2025 12:31
2 625
22 Aprel 2025 09:41
2 163
21 Aprel 2025 17:37
2 534
21 Aprel 2025 17:17
5 936
21 Aprel 2025 11:40
2 128
18 Aprel 2025 13:15
3 276
18 Aprel 2025 11:33
3 283