• 27 May 2022
logo
DSMF-nin fəaliyyətləri üzrə elektron arayış alanların sayı açıqlanıb

DSMF-nin fəaliyyətləri üzrə elektron arayış alanların sayı açıqlanıb

2022-ci ilin mart ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə 54 148 elektron arayış alınıb.
Fonddan verilən xəbərə görə, bu arayışların 4 155-i pensiya, 47 106-sı müavinət və təqaüd, 1 383-ü fərdi şəxsi hesab, 478-i ünvanlı dövlət sosial yardımı, 301-i torpaq pay mülkiyyətçisi, 371-i sosial sığorta şəhadətnamə nömrəsi, 71-i şəhid ailəsi üzvü, 126-sı ünvanlı dövlət sosial yardımı ödənişləri, 83-ü sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 49-u əlilliyi olan şəxslərə qulluq, 25-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.