• 27 May 2022
logo
ÜST: Azərbaycanın vaksinasiya siyasəti çox uğurludur

ÜST: Azərbaycanın vaksinasiya siyasəti çox uğurludur

Azərbaycanın COVID-19-a qarşı milli səviyyədə həyata keçirdiyi tədbirlər çox təqdirəlayiqdir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda deyib.
O, Azərbaycanda COVID-lə bağlı vəziyyətin daim nəzarətdə saxlanıldığını, dövlət tərəfindən zəruri və ardıcıl tədbirlər görüldüyünü qeyd edib.
O, həmçinin Azərbaycanın həyata keçirdiyi vaksinasiya siyasətinin də çox uğurlu olduğunu bildirib.