• 6 İyul 2025
logo
Azad olunan ərazilərin 37 %-dən çoxunda çox yüksək səhralaşma riski var

Azad olunan ərazilərin 37 %-dən çoxunda çox yüksək səhralaşma riski var

“Qarabağ və Şərqi Zəngəzurda səhralaşmanı sürətləndirən antropogen amillər üstünlük təşkil edir”.
Bunu Coğrafiya İnstitutunun şöbə müdiri İsmayıl Qurbanov “Qarabağ-Şərqi Zəngəzur regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.
O bildirib ki, buna bir sıra amillər səbəb olur:
“Meylliliyi böyük olan dağ yamaclarında meşə örtüyünün məhv edilməsi, hərbi texnikanın təsiri nəticəsində torpaqların humus horizontunun pozulması, çoxsaylı hərbi düşərgə, səngər müdafiə istehkamlarının və yaradılması ilə torpaqların pozulması, relyefin dəyişməsi, əkin sahələrinin, örüş və otlaqların hər il (yay ayları) yandırılması, aktiv müharibə zamanı ekosistemlərdə çirklənmənin artması, ərazilərin minadan təmizlənməsi ilə bağlı torpaq strukturunun pozulması və çirkləndirilməsi, suvarılan ərazilərdə təkrar şorlaşmanın və bataqlaşmanın baş verməsi, torpaqların və şirin su hövzələrinin texnogen çirkləndirilməsi, dağ-mədən sənayesinin kortəbii inkişafı və tullantıların düzgün idarə edilməməsi bu ərazilərdə ciddi bir səhralaşma prosesinin gedişini sürətləndirib".
O, həmçinin əlavə edib ki, ilk dəfə Qarabağ və Şərqi Zəngəzur əraziləri timsalında landşaft ekoloji şəraitə və istiliklə rütubətin nisbətinə əsaslanaraq iri miqyaslı səhralaşma riskləri xəritəsi tərtib edilib:
"Xəritənin təhlilindən məlum olub ki, tədqiq olunan ərazinin ümumi sahəsinin 37,1% (6499,4 km²) çox yüksək, 6,0 %-i (1047,6 km²) yüksək, 20,6%-i (3611,6 km²) orta, 10,5%-i (1832,3 km²) mülayim, 11,7%-i (2055,1 km²) zaif, 14,1%-i (2466,5 km²) çox zəif səhralaşma riskli landşaftlardır."Azad olunan ərazilərin 37 %-dən çoxunda çox yüksək səhralaşma riski var