• 2 İyul 2025
logo
Zarıslı çayı üzərində Zəfər su anbarının tikilməsi təklif edilib

Zarıslı çayı üzərində Zəfər su anbarının tikilməsi təklif edilib

Zarıslı çayı üzərində Zəfər su anbarının tikilməsini təklif etmişik.
Bu barədə texnika elmləri doktoru, hidroloq alim Əhməd Məmmədov Coğrafiya İnstitutunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu, əsasən turizmin inkişafına xidmət edəcək: “Zəfər su anbarının tutumu 10 mln. kub metr olacaq. Bu anbar bir dəfə doldurularaq yalnız turizm üçün istifadə olunacaq”.
Alim həmçinin deyib ki, Şuşanın su ehtiyacının təmin edilməsi üçün Zarıslı çayı üzərindəki anbarın tikintisi isə mayın sonuna qədər yekunlaşacaq: “Su anbarının yaxınlığında həm də körpü tikiləcək. Anbarın su tutumu 7 mln. kub metr olacaq. Gələcəkdə Şuşa şəhərinin bütün kəndləri su ilə təmin ediləcək”.