• 28 May 2022
logo
BDU-da Azərbaycan-Polşa diplomatik münasibətlərinə həsr olunan tədbir keçirilib

BDU-da Azərbaycan-Polşa diplomatik münasibətlərinə həsr olunan tədbir keçirilib

Aprelin 25-də “Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) SABAH qrupları tələbələrinə "Polşa dərsi" keçirilib. DFJD-nın mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, BDU-nun SABAH mərkəzinin və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə keçirilən tədbir Azərbaycanla Polşanın tarixi əlaqələrinin 550 illiyi və diplomatik münasibətlərinin isə 30 iliyinə həsr olunub.
Öncə BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev çıxış edərək tədbirin mahiyyəti, Azərbaycan-Polşa əlaqələrinin inkişafı ilə bağlı məlumat verib.
Dərsdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Poloniya-Azərbaycan Polşa İcması İctimai Birliyinin sədr müavini Telman Hüseynov, Polşa Azərbaycanlıları Şurasının fəxri sədri Nail Əhməd çıxış edərək iki ölkə arasında dostluq əlaqələrinin yaranma tarixi, ölkəmizdə Polşa icmasının məskunlaşması, Polşadakı diasporumuzun fəaliyyəti haqqında danışıblar.
Tədbirdə Polşa Azərbaycanlıları Şurasının fəxri sədri Nail Əhmədə fəxri sədrlik vəsiqəsi təqdim edilib.
Sonda tələbələrə layihə çərçivəsində çap olunan buklet paylanılıb.
Xatırladaq ki, "Polşa ilə Azərbaycan arasında mədəni körpü" layihəsi Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlinin təşəbbüsü ilə könüllü olaraq həyata keçirilir. Azərbaycan-Polşa tarixi əlaqələrinin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyinə həsr olunan layihəni Azərbaycanda partnyor qurum kimi Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi icra edir. Layihənin məqsədi Polşanı azərbaycanlılara, həmçinin Azərbaycanı polyaklara daha da yaxından tanıtmaq, iki ölkə arasından əlaqələrin daha da güclənməsinə diaspor və vətəndaş cəmiyyəti olaraq töhfə verməkdir.
Layihənin informasiya dəstəkçisi “Diaspornews.az“ saytıdır.