• 25 May 2022
logo
Bu il Şuşada müxtəlif mədəni turizm marşrutları yaradılacaq

Bu il Şuşada müxtəlif mədəni turizm marşrutları yaradılacaq

“Şuşa ili” ilə əlaqədar bu il Şuşada müxtəlif mədəni turizm marşrutlarının yaradılması istiqamətində işlər davam etdiriləcək.
Dövlət Turizm Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əsas məqsəd Şuşanın tarixi və mədəni dəyərlərini həm yerli, həm də uzunmüddətli perspektivdə xarici turistlərə tanıtmaq olacaqdır.
"Bu il ekoturizmin inkişaf etdirilməsi istiqamətində də işlərin görülməsi planlaşdırılır. Respublikamızın əsas ekoturizm zonaları boyunca əlavə 20 haykinq marşrutlarının, həmçinin, milli parklarda ekoturizm marşrutlarının yaradılması planlaşdırılır. Builki hədəflərimiz daha çox ekoloji marşrutlar və haykinq marşrutlarıdır ki, bu istiqamətdə aktiv işlər görülür" - deyə qeyd olunub.