• 27 May 2022
logo
Ağdamın Cümə və Qiyaslı məscidlərinin bərpasına başlanılacaq

Ağdamın Cümə və Qiyaslı məscidlərinin bərpasına başlanılacaq

“Bildiniz kimi, Üzeyir Hacıbəylinin heykəli, Mola Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün Ev Muzeyi artıq bərpa edilib. Bunların ardınca Aşağı və Yuxarı Gövhər Ağa, Saatlı məscidlərinin bərpası işləri davam etdirilir. Yaxın zamanlarda isə Ağdamın Cümə və Qiyaslı məscidlərinin bərpasına başlanılacaq”.

Bunu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azəd Cəfərli "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı qeyd edib.Xidmət rəisi onu da qeyd edib ki, paralel olaraq Üzərliktəpədə də arxeoloji işlər aparılır: “Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası nəzərdə tutulur”.