• 28 May 2022
logo
TN: Ukraynada dövlət xətti ilə təhsil alan Azərbayan vətəndaşı yoxdur

TN: Ukraynada dövlət xətti ilə təhsil alan Azərbayan vətəndaşı yoxdur

"Hazırda Ukraynada dövlət xətti ilə təhsil alan Azərbaycan Respublikası vətəndaşı yoxdur".

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alan tələbələr təhsillərini digər ölkələrdə davam etdirə, habelə yay aylarında transfer.edu.az xidməti aktivləşdirildikdə Azərbaycanda təhsillərini davam etdirmək üçün köçürülməyə müraciət edə bilərlər.

"Bildiririk ki, Təhsil Nazirliyi yalnız dövlət hesabına təhsil alan tələbələrin qeydiyyatını aparmaqdadır. Şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alanların ölkəyə giriş-çıxışı ilə bağlı məlumat Təhsil Nazirliyində mövcud deyil. Lakin son dövrlər Ukraynadan geri dönmüş vətəndaşlarımızın Təhsil Nazirliyinə edilən fərdi müraciətləri qeydə alınır və aidiyyəti üzrə yönləndirilir" - deyə qeyd olunub.