Səhiyyə Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının tərəfdaşlığı əsasında alınması nəzərdə tutulan dərmanların ilk partiyası gətirilərək ölkəyə təhvil verilib.
Bu barədə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyi xəbər yayıb.
Bildirilib ki, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” Layihəsi çərçivəsində həyati əhəmiyyətə malik 9000 qutu HİV/QİÇS əleyhinə dərman alınıb.
"Layihə bugünədək QİÇS-ə yoluxmuş 7867 nəfərin dərmanla təchizatını təmin edib" - deyə qeyd olunub.