• 26 May 2022
logo
Güclü külək əsəcək, yağış yağacaq

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında aprelin 20-si günün ikinci yarısı qərb rayonlarından başlayaraq 21-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.