• 26 Aprel 2024
logo
Mənəvi zorakılıq qurbanlarına dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır - Anar Bağırov

Mənəvi zorakılıq qurbanlarına dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır - Anar Bağırov

Nəinki fiziki zorakılığa məruz qalanlar, eyni zamanda mənəvi zorakılığa məruz qalan şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma memorandumun imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, bu gün qanunvericilikdə fiziki zorakılığa məruz qalanlara hüquqi yardımın göstərilməsi üzrə ödəniş nəzərdə tutulub:

"Ən böyük problem odur ki, mənəvi zorakılığa məruz qalmış şəxslərə hüquqi yardımın göstərilməsi üzrə ödəniş həyata keçirilmir. Hesab edirik ki, gələcəkdə qanunvericilikdə bununla bağlı dəyişikliklər edilməlidir. Fiziki zorakılıqla yanaşı, mənəvi zorakılığa məruz qalan zərərçəkmiş şəxslərə də dövlət hesabına hüquqi yardım göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır. Ümid edirəm ki, bununla bağlı birgə təkliflər hazırlanacaq və tərəfimizdən aidiyyəti qurumlara təqdim olunacaq".