• 7 Sentyabr 2024
logo
800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib

800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib

2022-ci ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, onlardan 413 min nəfəri sosial müavinətlə, 365 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34% və ya 50 mln. manat çox olmaqla 197 mln. manat, təqaüd ödənişləri üçün 26% və ya 28 mln. manat çox olmaqla 132 mln. manat sərf edilib.
Son üç ildə 25 növ müavinət və təqaüdün də elektron sistem üzərindən proaktiv təyinatı sistemləri işə salınıb. 2022-ci ilin ilk rübündə 110,1 min, ümumilikdə ötən dövrdə 330,9 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.