• 21 May 2022
logo
DİM sədri: "Biz sual kitabçalarını paylamayacağıq"

DİM sədri: "Biz sual kitabçalarını paylamayacağıq"

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sual kitabçalarının verilməməsinin səbəbini açıqlayıb.
DİM sədr bildirib ki, bütün sınaq imtahanların kitabçaları verilir.
“Bu zaman valideynlər sınaq imtahanlarında uşağın hansı sahədə zəif olduğunu araşdıra bilər. Heç bir ölkədə imtahanın sual kitabçası şagirdlərə paylanılmır. Biz 2000-ci ildən sonra bu addımı atdıq, real imtahanlardan sonra uşaqlara sual kitabçaları paylandı və biz elmiliyi qurban verdik. Sualları ictimaiyyətə verəndə bilirdik ki, biz bu sualları itirmişik, bu suallar imtahanlarda istifadə olunmayacaq. Amma bu zaman apelyasiya müraciətlərinin sayı da azalmışdı. İndiki sualların yazılması, sualların statistik göstəricilərinin müəyyənləşdirilməsi çox mürəkkəb prosesdir və bu sualların qiyməti çox yüksəkdir. Biz hər bir sualı qorumağa çalışırıq və sualları ictimailəşdirmirik. Biz sual kitabçalarını paylamayacağıq və heç bir ölkədə bu yoxdur”, - Məleykə Abbaszadə qeyd edib.