• 26 Aprel 2024
logo
Azərbaycan qadın sahibkarlığına böyük diqqət ayırır - Nazir müavini

Azərbaycan qadın sahibkarlığına böyük diqqət ayırır - Nazir müavini

Azərbaycan qadın sahibkarlığına böyük diqqət ayırır. Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qadın sahibkarlar üçün akselerator proqramı layihəsinin təqdimatı zamanı deyib. Nazir müavini bildirib ki, Azərbaycanın əsas iqtisadi məqsədlərindən biri qadın sahibkarların sayını artırmaq və onların imkanlarını genişləndirməkdir. N.Səfərov əlavə edib ki, Azərbaycanın iqtisadi inkişaf strategiyası çərçivəsində hökumət tərəfindən sahibkarlığın, xüsusilə də qadın sahibkarlığının inkişafına böyük diqqət ayrılır: "İqtisadiyyatın heç bir sektorunda, heç bir sahədə gender ayrılığı olmamalıdır. Biz sistemli şəkildə bunun üzərində işləyirik".