• 27 May 2022
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7549 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 659, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 521, üç və daha çox doza vaksin vurduranların sayı 5928, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 441 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 582 353, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 333 499, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 835 459, üç və daha çox doza vaksin vurduranların sayı 3 177 699, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 235 696 təşkil edir.