• 2 İyul 2025
logo
Türkiyəli məktəblilər Füzuli və Şuşada olub

Türkiyəli məktəblilər Füzuli və Şuşada olub - FOTO

Türkiyənin Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Qarabağa səfər edib.
APA-nın yerli bürosu xəbər verir ki, onlar Azərbaycanın bir sıra yerlərində, o cümlədən Füzuli və Şuşada olublar.
Şagirdlərin müəllimi bildirib ki, məktəblilər amerikalı bir uşağın Atatürkə yazdığı məktubdan təsirlənərək dövlət başçılarından birinə məktub yazmaq istəyiblər: “Sinif olaraq qərara gəliblər ki, məktubu məhz Prezident İlham Əliyevə yazsınlar. Şagirdlər məktublarında Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar”.
Məktəblilər 4 gün paytaxtda, ötən gecə isə Şuşa şəhərində gecələyiblər. Onların sabah öz ölkələrinə qayıdacağı gözlənilir.
Qeyd edək ki, dövlət başçısının müvafiq tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib.

Türkiyəli məktəblilər Füzuli və Şuşada olublarTürkiyəli məktəblilər Füzuli və Şuşada olublarTürkiyəli məktəblilər Füzuli və Şuşada olublarTürkiyəli məktəblilər Füzuli və Şuşada olublarTürkiyəli məktəblilər Füzuli və Şuşada olublarTürkiyəli məktəblilər Füzuli və Şuşada olublarTürkiyəli məktəblilər Füzuli və Şuşada olublarTürkiyəli məktəblilər Füzuli və Şuşada olublar