• 25 May 2022
logo
"Tələbə kreditlərinə dair faiz dərəcəsi azaldılsın"

"Tələbə kreditlərinə dair faiz dərəcəsi azaldılsın" - Əli Məsimli

“Ali məktəbdə əksər tələbələr ödənişli təhsil alır. Bu ildən kreditlər verilməsinə başlanılır və bunu böyük hadisə sayıram. Qeyd edim ki, sözügedən qanunun bir hissəsini həmkarım Vahid Əhmədovla hazırladığımız qanun layhəsi ilə üst-üstə düşür”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli deyib. O, bəzi narahatlıqlarını da açıqlayıb: “İlk öndə deyim ki, tələbə kreditləri 6 faiz illik dərəcə ilə verilir. Hesab edirik ki, bu yüksək faiz dərəcəsidir. Bu halda tələbə aldığımndan 2 dəfə artığını geri qaytarmalıdır. Fikrimizcə, bu sosial layihədir və onu kommersiya layihəsinə çevirmək lazım deyil. Biz təklif edirik ki, tələbə kreditlərinə dair faiz dərəcəsi azaldılsın, 3 faizə endirilsin.
İkincisi, tələbə kreditlərinin verilməsi zamanı adından torpaq olan insanlara bunu ala bilmirlər. Bu məhdudiyyət aradan qaldırılsın. Burada başına 200 manat gəlir- ehtiyac meyarı əsas götürülsün. Gəliri 200 manatdan aşağı olana belə kreditlər verilsin.
Üçüncüsü, tələbə ali məktəbə qəbul olunarkən 300 baldan aşağı yığıbsa, ona təhsil krediti verilmir. Bu problem də həllini tapmalıdır”.

Əli