• 21 May 2022
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7603 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 538, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6018, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 495 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 574 804, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 332 840, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 834 938, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 171 771, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 235 255 nəfər təşkil edir.