• 8 Sentyabr 2024
logo
Nazirlik: Təhsil şöbələri ləğv edilməyəcək

Nazirlik: Təhsil şöbələri ləğv edilməyəcək

“Təhsil şöbələri ləğv edilməyəcək”.
Bunu Təhsil Nazirliyinin (TN) Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda deyib.
Onun sözlərinə görə, Regional Təhsil İdarələrinin yaradılması yerli təhsil şöbələrinin ləğvi və işçilərin ixtisarı anlamına gəlmir: “Təhsil şöbələri Regional Təhsil İdarələrinin nəzdində yerli təhsil struktur bölməsi kimi fəaliyyət göstərəcək”.
Şöbə müdiri həmçinin deyib ki, metodiki kabinetlər Regional Təhsil İdarələrinin tərkibində fəaliyyətini davam etdirəcək. O bildirib ki, bu istiqamətdə Nazirlik araşdırmalar aparır və beynəlxalq təcrübə öyrənilir.
"Məqsəd ondan ibarətdir ki, müasir çağırışlara əsasən məktəblərə göstərilən metodiki xidmətin keyfiyyəti artırılsın".