• 26 May 2022
logo
Təhsil Nazirliyi 1600-dən çox bağça barədə məlumat toplayıb

Təhsil Nazirliyi 1600-dən çox bağça barədə məlumat toplayıb

“Artıq aprelin 1-dən uşaq bağçalarının təchizat və təminat məsələləri ilə məşğul olmağa başlamışıq. Hazırda daha çox diaqnostik mərhələdəyik”.
Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bağçalarla bağlı vahid məlumat bazası olmadığından proses bir az ləng gedir.
“İlkin məqsədimiz məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin öyrənilməsi, orada olan tədris və təhsil, o cümlədən uşaqların qidalanması ilə bağlı təchizat və təminat məsələləri ilə bağlı məlumatları toplamaqdır. Burada vahid məlumat bazası olmadığından işlər bir az ləngiyir. Təhsil Nazirliyinin nümayəndələri ölkədə olan 1600-dən artıq uşaq bağçasında olub. Bütün data məlumatlar bizdə var. Yenə də daha çox vaxta ehtiyacımız var”, - nazir qeyd edib.