• 26 May 2022
logo
Nazirlik: Bağçalarda kurikulum sistemi ləğv edilməyib

Nazirlik: Bağçalarda kurikulum sistemi ləğv edilməyib

"Təhsil naziri Emin Əmrullayev əmri ilə təsdiqlənən “Məktəbəqədər təhsil proqramı (kurikulum)” 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsidir".
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, hər dəfə yenilənən proqram əvvəlkinin qüvvədən düşməsi anlamına gəlir:
"Bu ümumilikdə uşaq bağçalarında kurikulumun ləğv edilməsi demək deyil, sadəcə bunun yenilənməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması anlamına gəlir. Uşaq bağçalarında təhsil komponenti qayğı komponenti qədər vacibdir. Bəzən anlaşılmazlıq yaranır ki, 1 yaşlı körpələr tədrisə necə cəlb oluna bilər?! Qeyd edim ki, uşaq bağçalarında bütün öyrənmə fəaliyyətləri oyunlar vasitəsilə həyata keçirilir".
Vəfa Yaqublu əlavə edib ki, əvvəlki proqramdan fərqli olaraq yeniliklər də olub:
"Misal olaraq, yeni proqramda inkişaf sahələri dəqiqləşdirilib, uşaqlara hər yaş üzrə veriləcək vacib bacarıqların standartları müəyyənləşdirilib. Təsdiqlənən yeni proqram universal olduğu üçün həm dövlət, həm bələdiyyə, həm də özəl təhsil müəssisələri üçün keçərlidir" - o deyib.