• 7 Sentyabr 2024
logo
Nazir məktəbəqədər təhsil proqramını təsdiq edib

Nazir məktəbəqədər təhsil proqramını təsdiq edib

Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə əmr imzalayıb.
Əmrdə bildirilib ki, Təhsil Nazirliyi tərəfindən 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilsin.
Əmrdə Təhsil İnstitutuna “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanması tapşırılıb.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.