• 28 May 2022
logo
Azərbaycanda 4 gündür COVID-19-dan ölüm qeydə alınmır

Azərbaycanda 4 gündür COVID-19-dan ölüm qeydə alınmır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 253 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 351 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 199 nəfərdir.
Ölkədə son sutka ərzində 2 624, hazırkı dövrədək isə 6 746 085 test aparılıb.
Qeyd edək ki, Operativ Qərargahın gündəlik açıqladığı statistikaya əsasən, 8, 9 və 10 aprel tarixləri üzrə də ölkədə koronavirusdan ölüm qeyd alınmayıb.