• 26 May 2022
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8975 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 741, üç və daha çox doza vaksin vurduranların sayı 7201, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 481 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13540995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5330431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4832203, üç və daha çox doza vaksin vurduranların sayı 3145148, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 233213 təşkil edir.