• 28 May 2022
logo
Teymur Bünyadov II Fəxri xiyabanda dəfn olunub  - YENİLƏNİB

Teymur Bünyadov II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB

Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri Teymur Bünyadov dəfn olunub.
Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Teymur Bünyadovun dəfn mərasiminə əklil göndərib.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri - AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, professor Qəzənfər Paşayev, akademik Şahin Mustafayev, filologiya elmləri doktoru Şirindil Alışanov, Milli Məclisin deputatları - Səməd Seyidov, akademik Nizami Cəfərov və digər şəxslər iştirak edib.
Qeyd edək ki, Teymur Bünyadov dünən axşam saatlarında dünyasını dəyişib.
11.49
Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri Teymur Bünyadovla vida mərasimi başlayıb.
Vida mərasimi pandemiya qaydalarına uyğun olaraq mərhumun evində keçirilir. Mərasimdə mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı bir sıra mədəniyyət və ictimaiyyət nümayəndələri - professor Qəzənfər Paşayev, akademik Şahin Mustafayev, filologiya elmləri doktoru Şirindil Alışanov və digərlər şəxslər iştirak edir.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun baş direktoru Abbas Seyidov mərhumla dostluq münasibətləri haqda danışıb: "Biz onunla 45 ilə yaxındır ki, dostluq edirdik. O, Azərbaycan elmi üçün çox ciddi bir şəxsiyyət idi. Onun əsərləri Azərbaycan elmi üçün həmişə faydalı olub və olacaqdır".
Qeyd edək ki, mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.