• 9 Sentyabr 2024
logo
Teymur Musayev: "Modul tipli xəstəxanalar ehtiyat fondu kimi qalacaq"

Teymur Musayev: "Modul tipli xəstəxanalar ehtiyat fondu kimi qalacaq"

Səhiyyə naziri modul tipli xəstəxanaların fəaliyyətinin dayandırılmasına aydınlıq gətirilib.
Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib ki, həmin xəstəxanalar ehtiyat fondu kimi qalacaq.
"Gündəlik yoluxma sayları kifayət qədər azalıb. Həmçinin simptomlu xəstələrin sayı da nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Eyni zamanda xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı da tək-tük olur. Ona görə də əksər xəstəxanalar demək olar ki, boşdur. Onlar bağlanmayıb, fəaliyyətlərini dayandırıblar. Bu ənənə pandemiyanın müxtəlif dalğalarında da eyni idi. Ümid edək ki, həmin xəstəxanalar elə ehtiyat fondu kimi də qalacaq"- deyə nazir əlavə edib.