“Aparılan qiymətləndirmələr və müraciətlərin təhlili göstərir ki, yeni müəssisələrin açılmasına və mövcud müəssisələrimizin bölgələrdə filiallarının yaradılmasına ehtiyac var”.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev "Sosial saat"da deyib.
O bildirib ki, xüsusən kimsəsiz və sosial təhlükə altında olan uşaqlara, məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı müəssisələrin açılması labüddür:
"Bu cür müəssisələrin açılması üçün tədbirlərə başlanılıb və cari ilin sonuna kimi bu müəssisələr yaradılacaq".
Faiq Ağayev eyni zamanda deyib ki, Abşeronda fəaliyyət Sosial Xidmət Mərkəzi modelinin cari ildə ən azı 2 rayonda yaradılması planlaşdırılıb:
“Agentliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi vardır ki, həmin müəssisələrin tərkibində Günərzi qayğı mərkəzlərinin yaradılması nəzərdə tutulub”.