• 27 May 2022
logo
Azərbaycanda son sutkada 25 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda son sutkada 25 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb 61 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 204 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 259 nəfərdir.
Ölkədə son sutka ərzində 4 755, hazırkı dövrədək isə 6 731 315 test aparılıb.