• 12 İyul 2025
logo
Təhsil krediti ilə bağlı imtina verilən müraciət sayı açıqlanıb

Təhsil krediti ilə bağlı imtina verilən müraciət sayı açıqlanıb

Təhsil tələbə kreditləri (TTK) üzrə mürüciətlərə imtina verilməsi ilə bağlı göstəricilər açıqlanıb.
Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında bildirib. Onun sözlərinə görə, payız semestri ərzində yekunlaşdırılmış müraciətlər üzrə 691 müraciətə imtina verilib:
“Sosial TTK üçün sosial statusun təsdiqlənməməsi, akademik borc, standart TTK üçünisə akademik borc, tələb olunan qəbul balı, ÜOMG və s. səbəbdən 513 müraciətə sistem tərəfindən imtina verilib. Təhsil müəssisəsindən imtina verilən müraciətlərin sayı 96-dır. Buna səbəb tələbə tərəfindən ya standart TTK üçün tələb olunan illik təhsil haqqının 20% məbləğinin ödənilməməsi, ya normativ təhsil müddətindən artıq təhsil alması, ya da həmin təhsil müəssisəsində təhsil almamasıdır”.
Araz Paşayev deyib ki, 45 tələbəyə bank rəsmiləşdirilməsi mərhələsində , 30 tələbəyə standart, 5 tələbəyə isə sosial təhsil tələbə kreditinin razılıq sorğusu zamanı imtina verilib. 2 tələbə imtiyazlı kateqoriyadan olduğu üçün avtomatik olaraq sistem tərəfindən imtina verilib.