• 25 May 2022
logo
Kolleclərə sənəd verənlərin sayı açıqlanıb

Kolleclərə sənəd verənlərin sayı açıqlanıb

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə tələbə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzi (DİM) xəbər verir ki, bu gün 17:40-a olan məlumata əsasən, artıq 3320 namizəd ərizəsini təsdiq edib.
Onlardan 3213-ü Azərbaycan, 107-si isə rus bölməsində təhsil alanlardır.
Qeyd edək ki, ərizə qəbulu aprelin 5-dən başlanılıb və ayın 25-dək davam edəcək.