• 17 Sentyabr 2024
logo
"Azərbaycan xalqı Urmu gölünün bərpasını tələb edir"

"Azərbaycan xalqı Urmu gölünün bərpasını tələb edir"

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi Salman Zakir parlamentin açıq oturumunda çıxışı zamanı Azərbaycanda ekoloji problemi gündəmə gətirib.
“Urmu gölü Azərbaycanın ürəyidir və Azərbaycan millətinin onun bərpasını tələb edir”-deyə, millət vəkili bildirib.
"Qərbi Azərbaycana səfər etmədən öncə Urmu gölünün bərpası üçün büdcəni ödəyin"-deyə, o, İranın Planlaşdırma və Büdcə Təşkilatının başçısı Məsud Mirkazimi və İran prezidenti İbrahim Rəisiyə xitabən deyib.
“Bərpa işləri dayandırılıb və onun yenidən başladılması, texnikanın cəlb olunması üçün pul lazımdır. Bu il bu problemin həll olunmasını istəyirik”-deyə, Salman Zakir 12 azərbaycanlı nümayəndənin bununla bağlı Büdcə və Planlaşdırma Təşkilatına məktub yazdıqlarını qeyd edib.
Xatarladaq ki, Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat Mərkəzinin başçısı, tanınmış ekoloq Əhməd Bayburdi də Urmu gölünün durumu və son vaxtlar göl ətrafında baş verən torpaq çökmələri iılə bağlı xəbərdarlıq edib .
Bayburdi gölün ekoloji durumunu Güney Azərbaycan ekologiyası üçün səssiz saat bombasına oxşadıb.
“Qrunt sularının səviyyəsinin aşağı düşməsi və zamanla tükənməsi yarımdərin quyuların, su kəmərlərinin qurumasına, suyun keyfiyyətinin azalmasına və şoranlığının çoxalması ilə nəticələnəcək”-deyə, Baybordi bildirib.
Ekoloqun fikrincə, Urmu gölü hövzəsində su ehtiyatlarını planlaşdırmalı, strateji araşdırmalar aparmalı və düzgün idarə etmə üsulu tətbiq edilməlidir.
Əhməd Bayburdi deyib ki, bu günə kimi Urmu gölü ilə bağlı olan problemlərin həll olunmaması əsasən məsulların yarıtmaz siyasəti, qeyri-peşəkar insanların bərpa işlərinə cəlb edilməsi və laqeyd yanaşmanın nəticəsidir.
Qeyd edək ki, sabiq prezident Həsən Ruhani dövründə gölün bərpası ilə bağlı yaradılan qurumun bu günə kimi bərpa işlərində müsbət dəyişikliyə nail olmaması etirazlarla qarşılanıb.
Bununla yanaşı yeni prezident İbrahim Rəisinin seçki qabağı təbliğat və təşviqat kampaniyasında Urmu gölünün qurumasının qarşınının alınması ilə bağlı tədbirlər görəcəyi barədə vədləridə özünü doğrultmayıb.
Məsələ ilə bağlı yanvarn ilk günlərində açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.