• 29 May 2022
logo
Ötən ay 21 nəfərə elmi dərəcə, 1 nəfərə elmi ad verilməsindən imtina edilib

Ötən ay 21 nəfərə elmi dərəcə, 1 nəfərə elmi ad verilməsindən imtina edilib

Ötən ay elmi dərəcə və elmi ad almış şəxslərin, eyni zamanda xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınmayan iddiaçıların sayı açıqlanıb.
Bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından xəbər verilib.
Bildirilib ki, ötən ay 48 nəfərə fəlsəfə doktoru, 5 nəfərə isə elmlər doktoru dərəcəsi verilib, 21 nəfərə isə elmi dərəcə verilməsindən imtina edilib.
Həmçinin 26 nəfərə dosent, 2 şəxsə isə professor elmi adı verilib, 1 nəfərə elmi ad verilməsindən imtina edilib.
Ötən ay 4 nəfərin isə xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.