• 27 May 2022
logo
Bakıda iaşə obyektlərinin monitorinqinə başlanılıb

Bakıda iaşə obyektlərinin monitorinqinə başlanılıb

Bakı Şəhər İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar paytaxtın ictimai-iaşə obyeklərində monitorinqlərə başlayıblar.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən verilən xəbərə görə, monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərininin maarifləndirilməsidir.
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya və Dövlət Komissiyası niyyət protokolu imzalayıb - YENİLƏNİB
İlk növbədə mütəxəssislər tərəfindən obyektlərin mətbəx və digər sahələrinə baxışlar keçililib, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılıb. Zirzəmi və yaşayış binasının birinci mərtəbəsində yerləşən bəzi obyektlərdə qaz balonlarından istifadə edilməsi, həmçinin bura rezin və digər materiallardan hazırlanan şlanqlar vasitəsi ilə çəkilən qaz xətləri aşkar edildi və bu nöqsanlar obyekt rəhbərliyinin nəzərinə çatdırıldı. Eyni zamanda təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlələ bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparıldı.

Monitorinqlərin ilk olaraq mərkəz ərazidə və yaradılan digər qruplar tərəfindən bütün paytaxtın ictimai-iaşə və digər xidmət obyektlərində aparılması nəzərdə tutulub.

Monitorinqlərin nəticələri yekunlaşandan sonra sahibkarlarla müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.