Ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul qaydalarının təkmilləşdirilməsi, müvafiq qəbul prosesinin elektronlaşdırılacaq.
Bu barədə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planından nəzərdə tutulub.
Əsas icraçılar Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi, digər icraçılar isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.
İlkin nəticə ali və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul prosesi ilə bağlı mövcud vəziyyətin təhlil edilməsi və qiymətləndirilməsi, aralıq nəticə Ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul prosesində şəffaflığın təmin edilməsi məqsədilə müvafiq layihələrin hazırlanması, müvafiq qəbul prosesinin elektronlaşdırılması, yekun nəticə isə ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul üzrə qaydaları təkmilləşdirərək bu sahədə qəbul edilən normativ hüquqi aktların icrasının təmin edilməsidir.