• 8 Sentyabr 2024
logo
Dövlət Komissiyası: Sonuncu itkin tapılana qədər çalışacağıq

Dövlət Komissiyası: Sonuncu itkin tapılana qədər çalışacağıq

“İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə əməkdaşlıq və bu gün imzalanan protokol bir daha Prezident İlham Əliyevin erməni təcavüzü nəticəsində itkin düşmüş şəxslərin ailələrinə göstərdiyi qayğının nəticəsidir”.
Bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.
O qeyd edib ki, bunun üçün Dövlət Komissiyası qarşısında vacib vəzifələr qoyulub: “Biz də öz növbəmizdə çalışacağıq ki, sonuncu itkin tapılana qədər öz vəzifəmizi davam etdirək”.