• 28 Mart 2024
logo
Nazir müavini: Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib

Nazir müavini: Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib

Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib.

Bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib.

O qeyd edib ki, 3 hissəli şprislərin qadağan olunması ilə bağlı məlumat yoxdur: "Bu cür şprislər bütün dünyada istifadə olunur. Buna görə də 3 hissəli şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönlətmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə 2 hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən təsdiq olunub. Biz Azərbaycana idxal olunan şprislərlə bağlı öz qurumlarımıza tapşırıq vermişik. Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən sterilliyi bir daha yoxlanılır”.