• 22 İyul 2019
logo
add image
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul edib

Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 28 iyun 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.
Trend-in məlumatına görə, qəbuldan əvvəl nazir və Quba Rayon İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Xaçmaz, Rauf Hacıyev isə Siyəzən rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbullar zamanı meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.