• 29 Mart 2024
logo
Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb

Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlər görüşüb, onların problemləri ilə yerində maraqlanıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən verilən verilən məlumata görə, görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşə gələn vətəndaşlar onları narahat edən məsələləri dilə gətiriblər. Müraciətlər əsasən işlə təminat, mavi yanacağın verilməsində yaranan problemlər, su sayğacının quraşdırılması, məhəllədaxili yolların asfaltlanması və s. ilə bağlı olub.

Niyazi Bayramov bildirib ki, bir neçə ay ərzində Gəncənin 100-dən çox küçəsinin asfalt örtüyü, 50-dən artıq binanın dam örtüyü, 20-dən artıq binanın fasadı yenilənib. Bütün bunlarla bərabər Gəncə şəhər Kəpəz və Nizami rayon bələdiyyələri ilə birlikdə nümunəvi məhəllələrin yaradılmasına başlanılıb.

Görüşdə səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verilib. Sakinləri narahat edən məsələlərin bir çoxu yerində araşdırılıb, onların həlli istiqamətində müvafiq addımlar atılıb.

Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov görüşdə iştirak edən şəhər sakininin müraciəti əsasında onun mənzilində olub. Vətəndaşın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, habelə onun müvafiq işlə təmin olunması istiqamətində tapşırıqlar verib.

Müraciətləri dinlənilən Qarabağ əlili və şəhid ailələrinin də problemləri yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, sakinlərlə görüşlər ölkə başçısı, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında təşkil olunur. Məqsəd vətəndaşları narahat edən məsələləri öyrənmək və onları aradan qaldırmaqdır.