• 25 Aprel 2024
logo
Müşfiqabadda 5 mindən çox ağacın əkilməsinə başlanılıb

Müşfiqabadda 5 mindən çox ağacın əkilməsinə başlanılıb

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə 5 mindən çox ağacın əkilməsinə başlanılıb. Bura zeytun, badam və əsasən, meyvə ağacları aiddir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, regionlarda bu gün ərzində artıq 50 min ağac əkilib:

"Müşfiqabad qəsəbəsinin ərazisində ictimai xadimlər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə minlərlə ağac əkilir".

V.Kərimov qeyd edib ki, ümumilikdə ağacəkmə aksiyasında 1000-ə yaxın insan iştirak edir.