• 20 Aprel 2024
logo
Ali məktəblərə qəbul imtahanlarının tarixi dəyişə bilər? - AÇIQLAMA

Ali məktəblərə qəbul imtahanlarının tarixi dəyişə bilər? - AÇIQLAMA

Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, müzakirə olunur.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, həm də Avropa Çempionatı oyunlarına ev sahibliyi edəcək:

"Ölkədə kütləvi tədbirlər keçirilən zaman imtahanların da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçirilən tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik".