Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 789 481 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 775 706 nəfər müalicə olunaraq sağalıb, 9531 nəfər vəfat edib, aktiv xəstə sayı 4244 nəfərdir.
Ölkədə son sutka ərzində 3512, hazırkı dövrədək isə 6 603 318 test aparılıb.