• 9 Dekabr 2024
logo
Ombudsman tibbi Xidmətlər Zərfinin genişləndirilməsini təklif edib

Ombudsman tibbi Xidmətlər Zərfinin genişləndirilməsini təklif edib

“İnsan sağlamlığının qorunmasında vacib hesab edilən bütün xidmətlərin dövlət hesabına göstərilməsinə ehtiyac var”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Ombudsman Səbinə Əliyeva deyib.
Ombudsman bildirib ki, buna görə də icbari tibbi sığorta çərçivəsində olan Xidmətlər Zərfinə daxil olan xidmətlərin sayı artırılmalıdır: “Sosial təminat hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə pensiyanın düzgün hesablanmaması, ünvanlı dövlət sosial yardımının təyin olunmaması, sosial sığorta haqlarının fərdi şəxsi hesaba əlavə edilməməsi, pensiya məbləğinin əldə edilməsi üçün verilmiş plastik kartın etibarlılıq müddətinin bitməsi, sanatoriya-kurort yollayışları ilə təmin olunmaqla bağlı müraciətin nəticəsiz qalması, əlilliyin təyin edilməsindən imtina olunması, eyni zamanda pensiyanın yenidən hesablanmasında, əmək pensiyasının ödənişinin bərpa edilməsində, sosial müavinətin təyin olunmasında, sığınacağa və ya sosial xidmət müəssisəsinə yerləşdirilmədə, maddi yardım edilməsində, ərzaq yardımının verilməsində köməklik göstərilməsi kimi hallar öz əksini tapıb. Pensiyanın təyin edilməsi zamanı və ya yenidən hesablanması hallarında müəyyən edilmiş məbləğdən narazı qalmış vətəndaşların Ombudsmana müraciətləri üzrə araşdırmalar aparılıb, hüquqlarının təmini ilə bağlı tədbirlər görülüb”.