• 11 Dekabr 2023
logo
Aİ-nin xüsusi nümayəndəsi ANAMA-da olub

Aİ-nin xüsusi nümayəndəsi ANAMA-da olub

İşğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyətinə Avropa İttifaqının mümkün dəstəyinin ayrılması və bu sahədə gələcək əməkdaşlığın istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Bu barədə müzakirələr Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı keçirilib.
ANAMA-dan verilən xəbərə görə, işğaldan azad edilən ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları, prioritetlərə əsasən planlaşdırılan layihələr, Agentliyin maddi-texniki bazasının və heyətinin artırılması sahəsində görülən işlər, eləcə də mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat təqdim olunub.
Cənab Vüqar Süleymanov müzakirə olunan məsələlər üzrə Avropa İttifaqı ilə faydalı əməkdaşlığımızın inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.