• 11 Dekabr 2023
logo
Fevralda havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olub

Fevralda havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olub

Respublikanın əksər bölgələrində fevral ayının ikinci ongünlüyü havanın orta temperaturu çoxillik iqlim normasından 2-3°C yüksək və az yağıntılı hava şəraiti ilə səciyyələnib.
Bu barədə fevral ayının 2-ci dekadası üzrə aqrometeoroloji bülletendə qeyd olunub.
Bildirilib ki, havanın dekadalıq orta temperaturu Maştağada 6,8ºC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 6-7⁰C, Lənkəran-Astara bölgəsində 4-7ºC, Quba- Xaçmazda 2-5ºC, Şəki-Zaqatalada 4-6⁰C, Dağlıq Şirvan bölgəsində 2-3ºC, Gəncə-Daşkəsəndə -1,2_7ºC, Qazax-Tovuzda 1-6⁰C, Qarabağ bölgəsində 6-7ºC və Naxçıvanda 3,4ºC təşkil edib.
Havanın minimum temperaturu Astara və Maştağada 3ºC, Göyçay, Bərdə və Acınohurda 2ºC, Cəfərxan, Gəncə 0ºC, Zərdab, Lənkəran, Zaqatala və Qəbələdə -1ºC, Tovuz və Qubada -2ºC Şəki, Ceyrançöl və Dağlıq Şirvanda -3ºC , Naxçıvanda -4ºC, Daşkəsən və Gədəbəydə -7_-8⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Göyçayda 1ºC, Maştağada -1,7ºC, Cəfərxanda -2ºC, Zaqatala və Ceyrançöldə -3ºC, Şəki və Mərəzədə -4ºC, Gəncə və Naxçıvanda -6ºC, Tovuzda -8⁰C qeydə alınıb.
Yağıntının dekadalıq miqdarı Lənkəran-Astara bölgəsində 33-42 mm, Şəki-Zaqatalada 5-9 mm, Mil-Muğan bölgəsində 8-12 mm, Bərdə, Daşkəsəndə 11 mm, Dağlıq Şirvanda 8-12 mm qeydə alınmışdır. Naxçıvanda qar örtüyünün izi müşahidə edilib.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 82-85%, Gəncə-Daşkəsəndə 64-93%, Qazax-Tovuz bölgəsində 59-82%, Qarabağda 73-74%, Naxçıvan və Maştağada 77%, Lənkəran-Astara bölgəsində 80-88%, Mil-Muğanda 73-82%, Şəki-Zaqatalada 63-76%, Quba-Xaçmaz bölgəsində 79-80%, Mərkəzi Aranda 78-81% təşkil edib.
Rütubət çatışmazlığı Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində 1-2 hPa, Gəncə-Daşkəsən və Qazax-Tovuz bölgəsində 1-4 hPa, Qarabağda 4 hPa, Naxçıvan HMS-da 3 hPa , Maştağa və Quba-Xaçmaz bölgəsində 2 hPa, Şəki-Zaqatala bölgələrində 2-4 hPa, Mil-Muğan və Mərkəzi Aran bölgələrində 2-3 hPa olub.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı Tərtərdə 1 gün, küləyin maksimum sürəti 26 m/san, Balakəndə 24 m/san, Beyləqanda 23 m/san, Xaçmazda 22 m/san, Gəncə, Daşkəsən, Tovuz və Şəkidə 1-2 gün, maksimal sürət 20 m/san, Goranboy, Mərəzə, Zaqatala və Maştağada 1-3 gün 18 m/san qeydə alınıb.