“Azərbaycan və Gürcüstanın Təhsil nazirlikləri arasında imzalanmış sazişə əsasən, Azərbaycanda fəaliyyət göstərən gürcüdilli məktəblər, eyni zamanda Gürcüstandakı azərbaycandilli məktəblər Ana dili və ədəbiyyatı dərsliklərini tamamilə təmənnasız əldə edəcəklər”.
Bunu Gürcüstanın təhsil naziri Mixeil Çxenkeli jurnalistlərə açıqlamasında deyib.
"Biz bu gün ölkələrimizin elm və təhsil sahələrində əməkdaşlığının dərinləşdirilməsini nəzərdə tutan çox mühüm bir müqaviləni imzaladıq. Bildiyiniz kimi, biz ortaq əməkdaşlıq nəticəsində çox sayda uğurlar əldə etmişik və bu müqavilə sayəsində uğurlarımız daha da artacaq", - nazir bildirib.