Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də Gürcüstana səfər edəcək.
3 gün davam edəcək səfər çərçivəsində Emin Əmrullayev Gürcüstanın təhsil naziri Mixeil Çxenkeli ilə, eləcə də müxtəlif universitetlərin rektorları ilə görüşlər keçirəcək.
Nazirlərin görüşü zamanı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında əməkdaşlıq razılaşması” imzalanacaq.
Emin Əmrullayevin Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli, Bolnisi, Qardabani və digər rayonlardakı azərbaycandilli məktəblərin müəllimləri ilə də görüşlər keçirəcəyi bildirilib.