• 1 Dekabr 2023
logo
AMEA-nın Ümumi Yığıncağının vaxtı müəyyənləşib

AMEA-nın Ümumi Yığıncağının vaxtı müəyyənləşib - YENİLƏNİB

“Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi qərar qəbul edib ki, fevralın 19-da saat 12.00-da Akademiyanın ali idarəetmə orqanı olan Ümumi Yığıncaq çağırılsın”.
Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev bildirib.
Rasim Əliquliyev deyib ki, Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunacaq.
***
saat 17.00

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.
Vesti.az-ın verdiyi xəbərə görə, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.
AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.
Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.