• 7 Dekabr 2023
logo
20 nömrəli məktəb-lisey əyani tədrisə qayıdıb

20 nömrəli məktəb-lisey əyani tədrisə qayıdıb

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə əyani dərslər bərpa edilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil idarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edək ki, fevralın 3-dən paytaxtdakı 20 nömrəli məktəb-lisey yenidən distant tədrisə keçmişdi. 20 nömrəli məktəb-lisey şagird və müəllimlər arasında koronavirus infeksiyası yayıldığına görə ötən il oktyabrın 18-dən iki həftəlik distant tədrisə keçmiş, oktyabrın 30-dan isə karantinin müddəti daha 10 gün uzadılmışdı. Ötən ilin noyabrın 11-dən isə əyani tədrisə geri dönmüşdü.
Xatırladaq ki, Bakıda 149 və 184 nömrəli tam orta məktəblərdə də bu gündən əyani dərslər bərpa edilib.